Old Dominion Universiteti

Old Dominion Universiteti
ODU
ing. Old Dominion University
Loqonun şəkli
Xəritə
36°53′12″ şm. e. 76°18′19″ q. u.
Əvvəlki adları Norfolk Vilyam və Meri Kolleci (1930)
Old Dominion Kolleci (1962)
Şüar lat. Porta ad Mundos Novos[1]
azərb. Yeni Dünyaya açılan qapı
Əsası qoyulub 1930
Tip Dövlət universiteti
Rektor Con Broderik
Tələbə sayı 25000
Xarici tələbə sayı 700
Bakalavr sayı 19612
Magistrant sayı 5058
Aspirant sayı 330
Müəllim sayı 1023
Şəhər Norfolk, Virciniya
Ölkə
Ünvan 5115 Hempton bulvarı, Norfolk, VA 23529
Rənglər          
Sayt odu.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Old Dominion Universiteti (ing. Old Dominion University) ― ABŞ-nin Virciniya ştatının Norfolk şəhərində yerləşən dövlət universiteti.[2]

Əsası 1930-cu ildə Norfolkda Vilyam və Meri Kollecinin fəaliyyətə başlaması ilə qoyulmuşdur.[2] 1969-cu ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərən qurum Virciniya ştatının ən böyük və ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Hazırda 8 kollec və 1 aspirantura məktəbində[3] 73 bakalavr,[4] 60 magistr[5] və 35 doktorantura[6] proqramı üzrə dünyanın 89 ölkəsindən təhsil alan 25 minə yaxın tələbəsi vardır. Əsas kampusu isə Norfolk şəhərində yerləşir.

Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Cənubi Kolleclər və Məktəblər Birliyi tərəfindən tənzimlənir.[7] Bundan əlavə, universitet Cənub-Şərqi Universitetlərin Araşdırma Assosasiyasının üzvü və "Kolleclər üzrə milli dəniz tədqiqatları qrant proqramı",[8] o cümlədən "Kolleclər üzrə milli kosmik tədqiqatlar qrant və təqaüd proqramı"[9] kimi ABŞ dövlət proqramlarının tərkib hissəsidir.

"Washington Monthly" jurnalının 2020-ci ildə ABŞ ali təhsil müəssisələri üzrə dərc etdiyi siyahıya görə Old Dominion Universiteti ən nüfuzlu 150 universitet arasındadır.[10] Princeton Review şirkətinin sıralamasında Old Dominion Universiteti 5 il (2016-2021) ardıcıl olaraq ABŞ-nin cənub-şərqində yerləşən ən mütərəqqi universitetlərdən biri kimi göstərilmişdir.[11] Bundan əlavə, ABŞ-nin Milli Elm Fondu, Old Dominion Universitetini "Yüksək tədqiqat fəaliyyətli" ali təhsil müəssisələri kateqoriyasına daxil etmişdir. 2018-ci ildə araşdırma prosesinə 60 milyon ABŞ dolları xərcləyən universitet, yerləşdiyi Virciniya ştatının iqtisadiyyatına hər il 2 milyard ABŞ dolları həcmində töhfə verir.[12]

Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Old Dominion Universitetinin məzunları sırasında ABŞ Hərbi Donanmasının admiralı Uilyam Yozef Fallon, ABŞ Silahlı Qüvvələrinin generalı Benyamin Qriffin, ABŞ Nümayəndələr Palatasının üzvü Telma Dreyk və ABŞ-nin Konnektikut ştatının qubernatoru Codi Rel də vardır.

  1. "ODU'S NEW MOTTO: PORTAL TO NEW WORLDS". odu.edu (ingilis). Old Dominion University. 10 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2021.
  2. 1 2 "Overview of Old Dominion University". usnews.com (ingilis). US NEWS. 10 February 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2021.
  3. "Colleges". odu.edu (ingilis). Old Dominion University. 22 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2021.
  4. "Bachelor's programs". odu.edu (ingilis). Old Dominion University. 10 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2021.
  5. "Master's programs". odu.edu (ingilis). Old Dominion University. 10 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2021.
  6. "Doctorate programs". odu.edu (ingilis). Old Dominion University. 10 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2021.
  7. "Old Dominion University". sacscoc.org (ingilis). Southern Association of Colleges and Schools Commission on Colleges. 2 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2021.
  8. "National Sea Grant College Program". en.wikipedia.org (ingilis). 16 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2021.
  9. "National Space Grant College and Fellowship Program". en.wikipedia.org (ingilis). 24 February 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2021.
  10. "2020 National University Rankings". washingtonmonthly.com (ingilis). Washington Monthly. 2020. 1 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2021.
  11. "Princeton Review Rates Old Dominion University Among the Best Colleges in the Southeast". odu.edu (ingilis). Old Dominion University. 30 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2021.
  12. "Research & Impact - Old Dominion University". Odu.edu. 15 October 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2021.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search